Ruslar ABŞ bazasına daxil olublar

3-05-2024, 14:06 70 dəfə baxılıb

 Rusiya hərbçiləri ABŞ hərbçilərinin yerləşdiyi Nigerdəki 101-ci aviabazada məskunlaşıblar. 

"Azerinews.az" xəbər verir ki, bu barədə “Reuters” Pentaqondakı mənbəyə istinadən məlumat verir.

Bildirilir ki, ruslar  aviabazanın ərazisində ayrıca anqardan istifadə edirlər. 

ABŞ-nin Nigerdəki böyük aviabazası Aqadez şəhərində (paytaxtdan təxminən 920 km aralıda) yerləşir və digər şeylərlə yanaşı, pilotlu və pilotsuz müşahidə uçuşları üçün istifadə olunur. Mart ayında Niger hökuməti ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verdiyini açıqlamışdı. 

Aprel ayında 100 rus hərbi təlimatçısı Nigerə gəlib. Bu həftə Nigerin paytaxtında Rusiya bayrağı qaldırılıb.

Mürtəza






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930