ABŞ Dövlət Departamentindən səfirin Şuşa səfərinə REAKSİYA

7-05-2024, 11:35 124 dəfə baxılıb

 

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etəsi Ermənistanda və rəsmi İrəvanın havadarlarında qıcıq yaradıb.

"Azerinews.az" xəbər verir ki, mövzu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin Vaşinqtonda keçirdiyi brifinqdə də ortaya atılıb. Dövlət Departamentinin rəsmisi səfir Mark Libbinin Qarabağa səfərini şərh etmək istəməyib.

“Mənim bu məsələ ilə bağlı heç bir şərhim yoxdur” deyən Miller ənənəvi brifinqdə jurnalistin müvafiq sualını cavablandırıb.

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mayın 10-da Almatıda gözlənilən görüşünə gəlincə, Dövlət Departamentinin nümayəndəsi bu mövzunu da şərh etməkdən imtina edərək, ABŞ-ın bundan heç bir gözləntisinin olmadığını açıqlayıb.

Xatırladırıq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü mayın 10-da Almatıda baş tutacaq. Qazaxıstanda iki ölkə arasında danışıqların aparılması ideyası bu ölkənin prezidenti Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfəri zamanı irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031