Paşinyan: Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoymaq istəyirik!

7-05-2024, 13:58 133 dəfə baxılıb

 

Baş nazir Nikol Paşinyan Ermənistanın regiondakı siyasətindən danışıb.

"Azerinews.az" xəbər verir ki, baş naziri bugünkü mətbuat konfransında belə deyib:

“Bizim prioritetlər belədir: Gürcüstan və İranla mehriban qonşuluğu dərinləşdirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etmək, azaltmaq, aradan qaldırmaq, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, dərinləşdirilməsi və inkişafı”.

Baş nazirin sözlərinə görə, Erməniqtan hökuməti xarici əlaqələrin şaxələndirilməsi, orduda islahatların aparılması, hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin tətbiqni nəzərdə tuturuq.

“Və bütün bunlar legitimliyə əsaslanmalıdır. Məhz iqtisadi inkişafla bütün bu tezislərin həyata keçirilməsi mümkündür”, - deyən Paşinyan bütün bunlar üçün sülhün zəruri olduğunu bildirib.

“Yalnız sülh Ermənistanın təhlükəsizliyinə təminat verə bilər. Biz sülh gündəliyini ölkənin təhlükəsizliyinin təmin edilməsi vasitəsi kimi qəbul etmişik və onu təhlükəsizlik təminatı sistemi kimi həyata keçiririk. Tavuş bölgəsində quraşdırılan sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyini təmin edən sütunlardır. Biz bu sütunların sayını artırmaq üçün hər şeyi edəcəyik”, - deyə hökumətinin başçısı vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930