Azərbaycan XİN rəhbəri Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inanır

10-05-2024, 13:34 117 dəfə baxılıb

 

Azərbaycan XİN rəhbəri Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inanır.

"Azerinews.az" xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə bugünkü görüşdə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inamın ifadə edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib.

Qeyd edək ki, bir neçə saatdan sonra Almatı şəhərində Ceyhun Bayramovun erməni həmkarı ilə danışıqları başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930