Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”

13-05-2024, 13:32 128 dəfə baxılıb

 “Almatıda Azərbaycanla xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib”.

Ermənistan mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair press-relizdə öz əksini tapıb.

“Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”, - Mirzoyan bildirib.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Mirzoyan arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930