Paşinyan ATƏT sədri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib

13-05-2024, 13:41 124 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqla görüşüb.

APA-nın xəbərinə görə, görüşdə ATƏT-lə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Danışıqlarda Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesi də nəzərdən keçirilib. Yan Borq bildirib ki, rəhbəri olduğu təşkilat üzv ölkələrin yerləşdiyi regionlarda dayanıqlı sülh və sabitlik istiqamətindəki səyləri dəstəkləyir və mandatı çərçivəsində onların təşviqinə sadiqdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031