Azərbaycanla sülh müqaviləsi imzalamağın vaxtı çatıb! - Paşinyan

14-05-2024, 16:25 111 dəfə baxılıb

 

"Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtı çatıb".

"Azerinews.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün çağırışlara baxmayaraq, Ermənistan demokratiyanın əsl və ən arzuolunan yoldaşının davamlı və sabit sülh olduğuna inanır.

“Hökumətim buna görə məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz sadəcə olaraq Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında Alma-Ata Bəyannaməsinə görə dövlət sərhədlərinə çevrilən inzibati sərhədləri bərpa etməliyik”, - Paşinyan bildirib.

Baş nazir Ermənistanın hazırladığı “Sülhün kəsişməsi” layihəsi ilə bağlı bunları qeyd edib:

“Regional sabitliyimiz üçün daha bir mühüm məqam mənim hökumətim tərəfindən irəli sürülən “Sülhün kəsişməsi” layihəsidir. Bu layihə nəzərdə tutur ki, Ermənistan və Azərbaycan keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq nəqliyyat və digər kommunikasiyaları bərpa edib açacaqlar”.

Paşinyan əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləməyə hazır olduqlarını vurğulayıb.

“Mən vurğulamaq istəyirəm ki, demokratiya Ermənistan üçün strategiyadır. Biz demokratiyaya inanırıq, demokratiyada yaşayırıq”, - deyə o, fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930