“Kofeşop”larda 14-15 yaşlı uşaqlar çalışır"

17-05-2024, 11:36 288 dəfə baxılıb

 

Bu gün yeniyetmələr müxtəlif işlərə cəlb edilir. Son zamanlar çox sayda yeni yaradılan “kofeşop”larda 14-15 yaşlı uşaqlar çalışır.   

"Azerinews.az"  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev mayın 17-də parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatın müzakirəsi zamanı çıxışında deyib. 

“Əksər “kofeşop”larda vəziyyət eynidir. Bunu "Elmlər akademiyası" metrostansiyası tərəfdə aydın görmək olar. Hətta sahibkara yaxınlaşıb bunun səbəbini soruşanda həmin uşaqların valideynlərinin olmadığını və yardım üçün bunu etdiyini dedi. Bu məsələlərin həlli yolları tapılmalıdır. Bakıda kütləvi yerlərdə uşaqlar vasitəsilə latoreyaların satışı da təşkil edilir. Bu da yaxşı hal deyil. Bir tərəfdən problemlərin həll olunduğunu görsək də, digər tərəfdən başqa məsələlər ortaya çıxır. Digər tərəfdən vətəndaşların şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkədən istifadəsini biz məcburi etməliyik. Əks halda biz bu cinayətlərin qarşısını ala bilməyəcəyik”,-deyə o bildirib.

 Deputat bildirib ki, sosial şəbəkələrin fəaliyyətinə fərqli yanaşmalıyıq:

 "Müəyyən etmək olmur qarşıdakı real istifadəçidir yoxsa yox. Çox dərinə getmək istəmirəm yəqin ki, anlayırsınız nə deyirəm. Biz birgə bu sahədə qanunvericilik tərəflərini gücləndirməliyik. Vətəndaşları şəxsiyyət vəsiqələri ilə sosial şəbəkələrdən istifadəyə məcbur etməliyik. Əks təqdirdə bu məsələlərdə irəliləyiş əldə olunmayacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930