Tokayev İran səfirliyində olub, başsağlığı verib - FOTO

21-05-2024, 12:34 103 dəfə baxılıb

 

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev İranın bu ölkədəki səfirliyində olub.

 "Azerinews.az" xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

 O, Astanadakı İran səfirliyində prezident İbrahim Rəisinin və hökumət nümayəndə heyəti üzvlərinin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar İran xalqına başsağlığı və dəstəyini ifadə edib.

 Tokayev matəm kitabına qeydlər qoyub.

 "İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və hökumət nümayəndə heyətinin üzvlərinin vaxtsız vəfatı xəbərini dərin hüznlə qarşıladım. İbrahim Rəisi vətənə sədaqətlə xidmət etmiş millətinin böyük oğludur. O, iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə vermiş müdrik rəhbər, nüfuzlu siyasətçi və görkəmli xadim kimi yaddaşımızda əbədi qalacaqdır. Qazaxıstan xalqı adından və şəxsən öz adımdan qardaş İran xalqına dərin hüznlə başsağlığı verirəm”, - Tokayevin qeydlərində belə deyilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031