Qarabağ Universitetinin rektoru nazirliyin heyətinə təqdim olundu 29 3

23-05-2024, 10:37 129 dəfə baxılıb

 Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.

"Azerinews.az"  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, təqdimat mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının ali təhsil müəssisəsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar barədə məlumat verib. Nazir Şahin Bayramova bu məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.

Şahin Bayramov da öz növbəsində göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və yeni dövrün tələblərinə cavab verən universitet qurmaq üçün səylə çalışacağını bildirib.

Qeyd edək ki, 21 mayda Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930