Ermənistan XİN-dən sülh müqaviləsi ilə bağlı daha bir açıqlama

23-05-2024, 13:35 105 dəfə baxılıb

 

“Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqları qalmaqdadır, lakin sənədin mətninin razılaşdırılması işləri davam etdirilir”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “24News” portalına müsahibəsində bildirib.

“Biz ümidvarıq ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam etdirilir. Hər görüşdə hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq”, - o deyib.

Kostanyan əlavə edib ki, Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün tarixi hələlik razılaşdırılmayıb. Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə mayın 11-də Almatıda görüşüblər. Tərəflər hələ də fikir ayrılıqlarının olduğu məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930