Azad edilmiş ərazilərə 2025-ci ilin köç qrafiki müzakirə edildi - Foto

30-05-2024, 10:34 111 dəfə baxılıb

 

Azərbaycan işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

“Azerinews.az” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin xüsusi nümayəndələri, Prezident Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İşçi Qrupun üzvləri iştirak edib.

İclasda yaşayış məntəqələrində kənd təsərrüfatına yararlı torpaqların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2024-cü ilin sonunadək əhalinin köçü nəzərdə tutulan yaşayış məntəqələrində görülən işlərin cari vəziyyəti, 2025-ci ilin köç qrafiki və digər məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930