ANAMA sədri: Bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var

30-05-2024, 11:53 115 dəfə baxılıb

 İşğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.

"Azerinews.az"  xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Zəngilanda keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının açılışında bildirib.

Onun sözlərinə görə, bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var:

“Bundan başqa, işğal dövründə çaylar da böyük miqdarda çirkləndirilib. Eyni zamanda, ətraf minalardan başqa digər partlayıcılarla da çirklənib. Ümumi olaraq 44 günlük müharibədən sonra 361 nəfər minaların qurbanı olub, 293 nəfər ağır xəsarət alıb. 1991-ci ildən bəri isə 3000-dən çox vətəndaş minanın qurbanı olub. Minanın olması ərazidə və bölgədə böyük problemə çevrilib. 900-ə yaxın yaşayış yeri dağıdılıb, torpaqlar istifadəsiz qalıb və kənd təsərrüfatına ziyan vurulub. Bu da böyük ekoloji problemə çevrilir. Tərtər, Həkəri, Qarqar çayları da işğal zamanı böyük ekoloji çirklənməyə məruz qalıb”

Qeyd edilib ki, bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930