Rusiya ilə razılığa gəlmişik - Paşinyan

30-05-2024, 12:07 109 dəfə baxılıb

 

Ermənistanın şimalında daşqınlar nəticəsində zədələnmiş dəmir yolunun bərpası ilə bağlı Rusiya ilə razılıq əldə olunub.

 "Azerinews.az" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb.

 Dünən Moskvada Ermənistan baş nazirin müavini Mher Qriqoryan və “Rusiya Dəmir Yolları” şirkətinin rəhbərləri daşqından zərər çəkmiş ərazilərdə dəmir yolunun iş rejimi barədə razılığa gəliblər.

 Bundan əvvəl Ermənistan və Gürcüstanı birləşdirən dəmir yolunun 2.5 km-nin zədələndiyi, lakin artıq yüklərin daşınması üçün müvəqqəti həll yolu olduğu bildirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031