Nazir: Pakistan COP29-a sədrliyi dövründə Azərbaycanı tam dəstəkləyəcək

30-05-2024, 12:54 260 dəfə baxılıb

 Biz qardaş Azərbaycanı COP29-a ev sahibliyini qazanması münasibətilə təbrik edirik.

"Azerinews.az"  xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Pakistan COP29-a sədrliyi dövründə Azərbaycanı tam dəstəkləyəcək.

“Bizim ölkələrimiz iqlim dəyişikliyi və bərpaolunan enerji sahələrində də əməkdaşlığın inkişafı istiqamətində çalışacaq”, - nazir əlavə edib.

Məhəmməd İshaq Dar deyib ki, bugünkü görüşdə regional və qlobal məsələlər, o cümlədən Qəzzadakı vəziyyət də müzakirə edilib.

“Hər iki ölkə çoxtərəfliliyi və beynəlxalq hüquqa hörməti dəstəkləyir. Azərbaycan və Pakistan hər zaman beynəlxalq platformalarda bir-birini dəstəkləyib və bu davam edəcək.

Biz Azərbaycanın Cəmmu və Kəşmir məsələsində prinsipial və dəyişməz mövqeyini qiymətləndiririk. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, BMT sənədlərinə əsaslanır”, - XİN rəhbəri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930