XİN rəhbəri Azərbaycanın İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini deyib

30-05-2024, 13:19 231 dəfə baxılıb

 Qəzzadakı vəziyyət bizim hamımız üçün böyük narahatlıq mənbəyidir.

"Azerinews.az"  xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Təbii ki, biz savaşın dərhal dayandırılmasına çağırış edirik. Biz inanırıq ki, Yaxın Şərqdə dayanıqlı və uzunmüddətli sülh yalnız iki dövlətli həll yoluna və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslana bilər. Biz bu məsələnin iki dövlət həllinə çağırırıq”, - XİN rəhbəri vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu təşəbbüsləri dəstəkləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930