Seçkiləri bütün qitələrdən nümayəndələr izləyəcək

10-07-2024, 12:11 126 dəfə baxılıb

 

“Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir”.

“Azerinews.az” xəbər verir ki, bunu növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçkiləri müşahidə etmək üçün 3 qurum dəvət göndərir:

“Bizim geniş coğrafiyada əlaqələrimiz var. Artıq biz təşkilatlara dəvətlər göndəririk”.

M. Pənahov, həmçinin bildirib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb:

“Dünyanın istənilən yerindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən ilə artır. Bəzi ölkələrdə bu veb-kameralardan seçkini müşahidə etmək üçün icazə alırlar. Amma Azərbaycanda belə deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031