İran Prezidenti ilk xarici səfərini İraqa edəcək

28-08-2024, 11:57 6 dəfə baxılıb

İran Prezidenti ilk xarici səfərini İraqa edəcək

İran Prezidenti Məsud Pezeşkian prezident vəzifəsində ilk xarici səfərini İraqa edəcək.

Bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq IRNA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, M.Pezeşkian İraqın baş naziri Məhəmməd əs-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək.

Kazem əl-Sadiq vurğulayıb ki, bu səfər zamanı İranın keçmiş prezidenti İbrahim Rəisinin dövründə razılıq əldə edilmiş bəzi sazişlərin imzalanması gözlənilir.

Səfir M.Pezeşkianın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.(TASS)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031