Su ehtiyatlarımızın azalma səbəbi açıqlandı

28-08-2024, 14:26 2 dəfə baxılıb

Su ehtiyatlarımızın azalma səbəbi açıqlandı

“Ötən 2 ilin göstəriciləri ilə müqayisədə 2023-cü ilin qar örtüyündə azalmalar müşahidə olunur”​.

Bunu “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, ölkə ərazisində son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb: “Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb. Son illər apardığımız müşahidələrə əsasən, Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu, zamanla su resurslarımızın azalmasına səbəb olacaq”.(Trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930