COP29-da Türkiyəni o təmsil edəcək

29-08-2024, 12:19 5 dəfə baxılıb

COP29-da Türkiyəni o təmsil edəcək

Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıya gələcək.

Sənətçi Azərbaycanın paytaxtında 11-22 noyabrda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.

Aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.

Xatırladaq ki, Engin Altan Düzyatan 2023-cü ildə Dubayda keçirilən COP28-də də iştirak edib.

O, Azərbaycan tamaşaçılarına “Diriliş Ertuğrul” serialından tanışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031