Vəfat edən deputatların yerinə onlar seçildi

3-09-2024, 11:38 3 dəfə baxılıb


VI çağırış Milli Məclisin deputatlarında vəzifəyə gedənlərlə yanaşı dünyasını dəyişənlər də oldu. Bunlar 10 saylı Binəqədi III seçki dairəsindən Madər Musayev, 105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayeva və 116 saylı Qəbələ seçki dairəsindən isə Fəttah Heydərovdur.

Ötən çağırış vəfat edən Milli Məclis üzvlərinin yerinə seçilən deputatların siyahısını təqdim edir:

- 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Elşad Musayev 11 min 576 səslə (57 faiz) bütün rəqiblərini qabaqlayıb.

- Mərhum Qənirə Paşayevanın deputat olduğu 105 saylı dairə bu seçkilərdə 106 saylı Tovuz seçki dairəsidir. Buradan Nizami Səfərov 11 min 783 səslə (66,5 faiz) öndədir.

- 116 saylı Qəbələ seçki dairəsindən isə Elşən Musayev 10 min 432 səslə (52,5 faiz) birincidir.

Qeyd edək ki, Azərbaycanda bütün seçki məntəqələri protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib, lider namizədlər müəyyənləşib.(Unikal)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930