Ərdoğan Rusiyanın dəvətini qəbul edib

3-09-2024, 17:08 1 dəfə baxılıb

Ərdoğan Rusiyanın dəvətini qəbul edib

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammitində iştirakla bağlı Rusiya rəhbərliyinin dəvətini qəbul edib.

Bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.

“Təklif Türkiyə tərəfinə çatdırılıb, Ərdoğan onu qəbul edib”, - deyə Uşakov qeyd edib. 

Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. Uşakov, həmçinin daha əvvəlki açıqlamasında MDB ölkələrinin liderlərinin sözügedən sammitə dəvət edildiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031