İstirahət üçün otluqda uzandı, yük maşını üstündən keçdi

4-09-2024, 09:25 2 dəfə baxılıb


Gədəbəydə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə rayonun Gərgər kəndi ərazisində “Qarabağlar” adlanan biçənək sahədə qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Elman Əli oğlu Musayev ot presslərini “Qaz 3307” markalı yük maşınına yüklədikdən sonra otluq sahəyə uzanaraq istirahət etmək istəyib. O, maşının arxa təkəri tərəfdə kölgədə uzandığı zaman sürücü Maarif Əmiraslanov avtomobili hərəkətə gətirib və arxaya doğru sürüb. Nəticədə yük maşını E.Musayevin üstündən keçib.

Ağır xəsarətlər alan E.Musayev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.(“Qafqazinfo”)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031