Emil Bədəlov vəzifəsindən azad olundu

6-09-2024, 17:49 6 dəfə baxılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının müdiri işdən çıxarılıb.

Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin müvafiq əmri ilə Emil Veysəl oğlu Bədəlov vəzifəsindən azad olunub.

O, ötən il sözügedən vəzifəyə təyin edilmişdi. Uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışan Emil Bədəlov ləğv edilən Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının direktoru vəzifəsində də çalışıb.(Qaynarinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930