“Həmin sənədi imzalamamışıq” - Ermənistan XİN

7-09-2024, 12:49 0 dəfə baxılıb

“Həmin sənədi imzalamamışıq” - Ermənistan XİN

Ermənistan Avropa Şurasının Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən bəyannaməsini imzaladığı barədə yayılan xəbəri yalanlayıb.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yayıb.

Onun sözlərinə görə, ölkəsi həmin sənədi imzalamayıb: “Ermənistan əvvəldən bəyannaməyə qoşulmayıb”.

Xatırladaq ki, dünən Ermənistan və Gürcüstanın Avropa Şurasının sözügedən bəyannaməsini imzalamasına dair məlumat yayılıb. “Lenta.ru” Ermənistanın ilk olaraq bəyannaməni imzaladığını, daha sonra isə imzasını geri götürdüyünü yazıb.

Bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və digər rusiyalı siyasətçilərin həbsi ilə bağlı orderləri yer alıb. Şuranın Mətbuat xidmətinin yaydığı məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər. Sənəddə yer alan prinsiplər tövsiyə xarakteri daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930