Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

9-09-2024, 19:58 5 dəfə baxılıb


İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır. Faktiki olaraq Ermənistan Avropa İttifaqı ilə gündəlikdə duran məsələri genişləndirir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas görüşündə deyib.

“Şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk... Bu, (Aİ-yə daxil olmaqla bağlı məsələ -red.) asan məsələ deyil, amma artıq Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Burada Aİ-dən olan tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq”, - Paşinyan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930