Araşdırma: Patogen mikroblar havada minlərlə kilometr məsafə qət edə bilər

11-09-2024, 08:51 2 dəfə baxılıb


İspaniya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu Yer səthindən 1 000 - 3 000 metr yüksəklikdə müxtəlif canlı göbələklər, bakteriya və viruslar aşkar edib.

Tədqiqat “Proceedings of the National Sciences Academy” (PNAS) elmi jurnalında dərc olunub.

Komanda Yaponiya ərazisi üzərində hava nümunələri toplayıb və laboratoriyada araşdırıb. DNT analizi 266 növ göbələk və 305 növ bakteriya olduğunu göstərib. Tədqiqatçılar tapılan mikroorqanizmlərin bir çoxunun insan sağlamlığı üçün təhlükəli olduğunu qeyd ediblər. Mütəxəssislərin fikrincə, havada olan mikroblar tez-tez bitki və torpaqda olur.

Alimlər mikrobların coğrafi yerləşməsi, tapıldığı hündürlük və onları daşıyan küləklərin sürəti səbəbindən əksəriyyətinin Çindən gəldiyindən şübhələnirlər. Bu o deməkdir ki, onlar azı 2 000 kilometr məsafə qət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930