İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı

11-09-2024, 15:00 29 dəfə baxılıb

İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı
Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun məhkəməsi başa çatıb.
Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Z.Məmmədov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib. Zöhrab Məmmədovun saat 23:00-dan 07:00-dək yaşadığı yeri və Tovuz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Həmçinin əlavə cəza kimi yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ 2 il 6 ay müddətə məhdudlaşdırılıb.
Qeyd edək ki, prokurorluğun yaydığı məlumatda Zöhrab Məmmədovun Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sədri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilərək yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilməsi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031