2024-cü ildə tətil üçün dünyanın ən yaxşı ölkə və şəhərləri - SİYAHI

14-09-2024, 14:50 13 dəfə baxılıb

2024-cü ildə tətil üçün dünyanın ən yaxşı ölkə və şəhərləri - SİYAHI
Beynəlxalq turizm agentliyi "Flight Center" bu il ən yüksək reytinqə malik 10 ölkə və şəhəri müəyyən etmək üçün Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada və Böyük Britaniyadan olan 170 000-dən çox səyahətçinin cavablarını təhlil edib.
Yeni araşdırmaya görə, Portuqaliya 94% ümumi məmnunluq dərəcəsi ilə dünyanın ən yaxşı ölkəsi seçilib. Cənubi Sakit okeandakı Kuk Adaları isə 93% məmnuniyyət nisbəti ilə ikinci olub.
2024-cü ildə tətil üçün dünyanın ən yaxşı 10 ölkəsi:
1. Portuqaliya
2. Kuk adaları
3. Avstraliya
4. Yaponiya
5. İspaniya
6. Sinqapur
7. Yunanıstan
8. İrlandiya
9. Türkiyə
10. Vyetnam
Şəhərlərin reytinqində birinci yeri Qərbi Avstraliyanın paytaxtı Pert, ikinci yeri isə Avstraliyanın əks tərəfində yerləşən Kvinslend əyalətinin paytaxtı Brisben tutub. Yeni Zelandiyanın Cənubi Adasının cənub-qərbində yerləşən Kvinstaun üçüncü yerdə qərarlaşıb.
2024-cü ildə tətil üçün dünyanın ən yaxşı 10 şəhəri:
1. Pert (Avstraliya)
2. Brisben (Avstraliya)
3. Kvinstaun (Yeni Zelandiya)
4. Tokio (Yaponiya)
5. Kraystçerç (Yeni Zelandiya)
6. Rarotonqa (Kuk Adaları)
7. Barselona (İspaniya)
8. Melburn (Avstraliya)
9. Roma (İtaliya)
10. Vankuver (Kanada)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930