Paytaxtın məşhur qapıları bərpa olunur - FOTO

17-09-2024, 15:39 3 dəfə baxılıb

Paytaxtın məşhur qapıları bərpa olunur - FOTO

Bakıda yerləşən tarixi malikanələrin taxta qapıları təmir olunur.

Bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.

Paytaxtda baş tutacaq COP29 tədbiri ilə bağlı "Baku Doors" (Bakı qapıları) layihəsi davam etdirilir.

Layihə rəhbəri, bərpaçı memar Rüfət Quliyev bildirib ki, ötən əsrin əvvəllərində şəhər mərkəzində tikilən malikanələrin taxta qapıları orijinal sənət nümunələri sayıldığına görə əsaslı təmiri qərara alınıb.

“Bu məqsədlə xüsusi emalatxana yaradılıb. Təmir olunacaq qapılar sökülüb, sakinlərə narahatlıq yaranmasın deyə yerlərinə müvəqqəti başqa bir qapı qoyulub. Tarixi qapılar emalatxanaya gətirilib və yüz il əvvəl çəkilən boya qatları təmizlənib. Son olaraq bərpa olunmuş qapıların üzərinə yağışa, küləyə, isti-soyuğa davamlı olması üçün bir neçə qat xüsusi qoruyucu lak örtüyü çəkilib”, - deyə memar qeyd edib.

Layihə rəhbəri COP29-dan sonra da bərpa işlərinin davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, əlaqədar qurumlarla birgə həyata keçirilən bu layihəyə 2021-ci ilin mart ayında start verilib. Bakıda aparılan monitorinq zamanı tarixi binalardakı köhnə orijinal qapıların əksəriyyətinin təmirinə ehtiyac olduğu aşkarlanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031