Rutdan Ukrayna da imtina edib: Başdanxarab imiş...

17-09-2024, 18:03 2 dəfə baxılıb

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən Rayan Uesli Rut Ukrayna ordusuna qoşulmağa çalışsa da, başdanxarab hesab olunduğu üçün qəbul edilməyib.

Yu barədə “Nyu York Post” Ukraynadakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Rut Ukrayna ordusunun Xarici Legionuna qoşulmağa çalışıb, lakin onun istəyi rədd edilib.

“Rut çılğın axmaq idi, amma bu, təəccüblü deyil. Ukraynada əllərindən gələni etməyə və vacib olduqlarını göstərməyə çalışan belə şəxslər çoxdur. Amma Rut çox ağılsız idi”, - mənbə bildirib.

Hətta başqa bir muzdlu onu həddən artıq şübhəli və təhlükəli hesab edib.

İmtinadan sonra Rut özbaşına keçmiş əfqan hərbçilərindən ibarət könüllü toplamağa cəhd edib, lakin ona bunu etməyə də imkan verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031