Azərbaycan parabadmintonçusu İndoneziyada 2 medal qazanıb

23-09-2024, 09:25 0 dəfə baxılıb

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb.

Badminton Federasiyasından verilən məlumata görə, kişi parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran təmsilçimiz yarımfinala kimi irəliləməyi bacarıb.

O, finalın bir addımlığında hindistanlı Rutik Raqupatiyə 0:2 (17:21,11:21) hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.

İbrahim kişi parabadmintonçuların qoşa yarışında da mükafatçılar sırasında yer alıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən idmançı İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi finala yüksəlib. Burada Hindistanı təmsil edən Hardik Makkar-Rutik Raqupati cütlüyünə 0:2 (12:21,12:21) hesabı ilə uduzuraq “HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirinin gümüş medalını qazanıb.

Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında çıxış etməyə başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilən beynəlxalq turnirdə debüt edib. O zaman parabadmintonda ilk addımlarını atan idmançı mübarizəni qrup mərhələsində dayandırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930