Azərbaycanda suüstü dronlar istehsal edildi

24-09-2024, 14:46 7 dəfə baxılıb


Azərbaycanda suüstü dronlar istehsal edilib.

Dronlar sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.

Bildirilib ki, dronların sınaqlarına başlanılıb. Bunlar kamikadze tipli suüstü dronlardır. "Kalan" və "Suqovuşan" adlanan dronlar yaxın vaxtlarda Azərbaycan Ordusunun sərəncamına veriləcək.

"Kalan"ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi - 20 mil, sürəti 30 km/saat, partlayıvı hissə tip: TNT, partlayıcı hissə, ağırlıq isə 5 kq-dır.

"Suqovuşan"ın uzunluğu 2200 mm, enk 500 mm, çəkisi 60 kq, əhatə dairəsi - 20 mil, sürəti 50 km/saat, partlayıcı hissə, tip: TNT, partlayıcı hissə, ağırlıq 10-15 kq-dır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031