Büdcədən ən böyük xərclərdən biri bu sahəyə ayrılacaq
Bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
Onun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi və modernləşdirilməsi hər zaman olduğu kimi diqqət mərkəzində olacaq.