Məktəbli əməliyyatdan sonra VƏFAT ETDİ

26-09-2024, 13:01 2 dəfə baxılıb

Məktəbli əməliyyatdan sonra VƏFAT ETDİ

Lənkəran məktəblisi vəfat edib.

Rayonun Separadi kənd məktəbinin  şagirdi Sevinc Əzimzadə dünyasını dəyişib.

Şagird məktəbin 4-cü sinfində təhsil alırdı. Onun cərrahi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.

Məlumatı bundan əvvəl "qafqazinfo" yayıb. Bildirilir ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb. Sentyabrın 25-i saat 09 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930