Metroda faciəvi şəkildə ölən şəxsin kimliyi bilindi

4-10-2024, 10:58 1 dəfə baxılıb

Metroda faciəvi şəkildə ölən şəxsin kimliyi bilindi

Dünən metronun “28 May” stansiyasında qatarın altına yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırmalarla ölən şəxsin 1969-cu il təvəllüdlü Rövşən Qüdrət oğlu Abışov olduğu müəyyənləşib.

Belə ki, Şirvan şəhər sakini olan R.Abışov Bakıda işləyirmiş.

Ölümün intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil.

Belə ki, görüntülərin araşdırılması zamanı R.Abışovun sərnişinlər arasında olduğu və qatar yaxınlaşarkən relslərin üzərinə qəfil yıxıldığı bəlli olub.

Qeyd edək ki, R.Abışovun stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, o, vəfat edib. Hadisəyə görə metroda qatarlar 17 dəqiqə yubanıb.

Xatırladaq ki, dünən Bakı metrosunda iki oxşar hadisə baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930