Qazaxıstanda bunkerdə qəza baş verib, ölənlər var
Bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.
“Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar”, - məlumatda qeyd olunub.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.
Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.