Nəzrinin ölümündə ittiham edilən sınıqçı ev dustağı oldu

9-10-2024, 17:29 0 dəfə baxılıb

Nəzrinin ölümündə ittiham edilən sınıqçı ev dustağı oldu

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxs barəsində istintaq orqanının təqdimatına baxılıb.

Biləsuvar rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.(APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930