COP29: Ermənistan rəsmiləri bu prosesə dəvət olunub

21-10-2024, 15:29 2 dəfə baxılıb

COP29: Ermənistan rəsmiləri bu prosesə dəvət olunub

COP29-a ev sahibliyi edən Azərbaycan bütün iştirakçı ölkələr üçün açıq və inklüziv platforma yaradıb.

Bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev APA-nın Ermənistanın COP29-da mümkün iştirakına dair sualına cavabında deyib.

“Biz bütün ölkələrin, o cümlədən Ermənistan rəsmilərini dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət etmişik”, - Muxtar Babayev vurğulayıb.

COP29-un müəyyən olunmuş prezidenti qeyd edib ki, Azərbaycan hər bir nümayəndə heyəti üçün bütün lazımi şərtlərin yerinə yetirilməsini təmin edən BMT ilə “Təşkilatçı Dövlət Razılaşması” sənədini imzalayıb: “İnanırıq ki, bütün ölkələrin iştirakı məhsuldar müzakirələrə və müsbət nəticələrə töhfə verəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930