Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür

22-10-2024, 08:58 0 dəfə baxılıb

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının dördüncü ildönümüdür.

2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Həmin gün Ağbənd qəsəbəsilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri də düşməndən təmizlənib.

Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930