Bağırov körpüsünü su basdı, Eldar Əzizov hadisə yerində - FOTO
"Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınmışdır, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılmışdır", - məlumatda diqqətə çatdırılıb.
Mətbuat xidmətindən əraziyə icra başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərlərinin gələrək əraziyə baxış keçirdiyi, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldığı açıqlanıb.
"Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır", - BŞİH-in Mətbuat xidməti qeyd edib.