İş icazələri ilə bağlı yenilik

22-10-2024, 11:58 0 dəfə baxılıb

İş icazələri ilə bağlı yenilik

Müddəti uzadılmış iş icazələri elektron üsulla əldə olunacaq.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.

Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930