Eldar Əzizov Bakıdakı vəziyyətdən danışdı: "Nöqsanlara yol verilib"

22-10-2024, 13:20 5 dəfə baxılıb

Eldar Əzizov Bakıdakı vəziyyətdən danışdı: "Nöqsanlara yol verilib"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirib.

Bu barədə Eldar Əzizov, jurnalislətə danışıb.

O qeyd edib ki, təbii fəlakətin nəticəsi göz qabağındadır, normadan artıq yağıntı olub.

“İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”, - Eldar Əzizov vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031