“Uşaq hüquqları haqqında” qanun dəyişdirilir

22-10-2024, 16:25 1 dəfə baxılıb

“Uşaq hüquqları haqqında” qanun dəyişdirilir

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğun olaraq göstərilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsi “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının inkişafı istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir. Uşaq hüquqları haqqında BMT Konvensiyasının milli qanunvericlikdə tətbiq olunması məqsədilə son illərdə mühüm normativ aktlar qəbul olunub.

Layihədə qeyd edilən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin uşaq müəssisələrində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli, 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930