Almaniya XİN Tehrandakı səfirini geri çağırıb

29-10-2024, 16:00 3 dəfə baxılıb

Almaniya XİN Tehrandakı səfirini geri çağırıb

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) iranəsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə etiraz olaraq Tehrandakı səfiri Markus Potzeli geri çağırıb.

Məlumatı xarici KİV yayıb.

Bildirilib ki, Almaniya XİN bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üçgünlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb.

67 yaşlı Almaniya vətəndaşı barəsində ölüm hökmü 2024-cü ilin aprelində çıxarılıb. Şarməhdin yaxınlarının verdiyi məlumata görə, o, son bir neçə ildə ABŞ-də yaşayıb. İran hakimiyyəti onu “Tondar” adlı müxalifət qrupunun lideri hesab edir. Bu, İranda terror təşkilatı siyahısına salınıb. İran hakimiyyəti Şarməhdi monarxistlərdən sayır. O, parkinson xəstəliyindən əziyyət çəkirmiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930