Xüsusi nümayəndə: "Kəlbəcərdə "İstisu" sanatoriyası yenidən qurulur"

29-10-2024, 16:27 6 dəfə baxılıb

Xüsusi nümayəndə: "Kəlbəcərdə "İstisu" sanatoriyası yenidən qurulur"

Kəlbəcər şəhərində "İstisu" sanatoriyasının yenidən qurulması ilə bağlı işlər aparılır.

Bunu Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbirdə bildirib.

Bundan başqa, o, deyib ki, şəhərdə 224 mənzildən ibarət binalar inşa olunur.

O, həmçinin Toğanalı-Kəlbəcər-İstisu yolunda da işlərin davam etdiyini bildirib: "Növbəti ildə bu yolun yekunlaşması nəzərdə tutulub. Uzunluğu 82 kilometr olan yolun əhəmiyyəti böyükdür. Bundan əlavə, İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılıb".

B.Hacıyev çıxışında Kəlbəcərin zəngin turizm potensialı haqqında məlumat verərək, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930