Oyun zamanı futbolçunu ildirim vurdu, öldü

4-11-2024, 11:28 7 dəfə baxılıb

Oyun zamanı futbolçunu ildirim vurdu, öldü

Perulu müdafiəçi Xose Uqo De la Krus Mesa oyun zamanı ildırım vurması nəticəsində ölüb.

Hadisə Perunun Uankayo şəhərində "Xuventud Bellavista" və "Familia Çokka" komandaları arasında keçirilən qarşılaşmanın 23-cü dəqiqəsində baş verib.

Oyun zamanı güclü yağış başlayıb və hər iki kollektiv meydanı tərk etməyə başlayıb. Bu zaman ildırım 35 yaşlı müdafiəçi də daxil olmaqla, bir neçə futbolçunu vurub. Digərləri xəstəxanaya çatdırılsa da, Xose Uqo De la Krus Mesa meydanda vəfat edib.

Həmin vaxt müdafiəçinin yanında olan qapıçı və digər futbolçular ciddi yanıq xəsarəti alıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031