Türkiyə COP29-da üzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq

4-11-2024, 16:47 8 dəfə baxılıb

Türkiyə COP29-da üzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq

Türkiyə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2053-cü ilə qədər üzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarını açıqlayacaq.

Bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum deyib.

O bildirib ki, COP29-a kimi bu məsələ ilə bağlı “yol xəritəsi” hazırlanacaq:

“Bu gün COP29 çərçivəsində müzakirələr və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparacağıq. Təqdim edəcəyimiz “yol xəritəsi” və strategiya Türkiyənin qlobal iqlim dəyişikliyi böhranının həllinə ciddi töhfə olacaq”.(Milliyət)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031