Putin Kremldə KXDR XİN başçısı ilə görüşüb
Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin Rusiyada işgüzar səfərdə olan Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Tsoy Son Hini Kremldə qəbul edib”, - mətbuat katibi deyib.
Tsoy Son Hi görüşə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib və KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen Inın səmimi salamlarını çatdırıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tsoy Son Hinin səfərinin iyunda Pxenyanda Rusiya-Koreya sammiti zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq həyata keçirildiyini qeyd etmişdi.