“Qarabağ” turnir cədvəlində neçəncidir?

8-11-2024, 14:38 2 dəfə baxılıb

“Qarabağ” turnir cədvəlində neçəncidir?

UEFA Avropa Liqasında Liqa mərhələsinin 4-cü turu yekunlaşıb.

Turnirdəki təmsilçimiz "Qarabağ" hazırda 36 komanda arasında 29-cu pillədə yer alıb.

“Köhlən atlılar” ardıcıl 3 məğlubiyyətdən sonra səfərdə Norveçin "Budo Qlimt" klubu üzərində 2:1 hesablı qələbə qazanıblar. Ağdam klubu bu qalibiyyət sayəsində aktivinə 3 xal yazdırıb.

”Qarabağ"la yanaşı, 27 və 28-ci pillələrdə qərarlaşan “Tvente” və “Malmö”nün də 3 xalı var.

Qeyd edək ki, turnir cədvəlində 12 xalı olan "Latsio" birinci, xalı olmayan Kiyev “Dinamo”su isə sonuncudu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930